Rusiya Ərdoğana qarşı `kürd kartı`nı işə salır
Türkiyənin kürdlərdən ibarət Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş Moskvaya səfər edəcək.
AzVision.az bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir. Ərdoğana qarşı sərt mövqeyi ilə tanınan Dəmirtaş səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini bəyan edib. Dekabrın 23-nə baş tutacaq səfərin əsas məqsədi HDP-nin Rusiyada təmsilçiliyinin açılmasıdır. Türkiyə ilə Rusiya arasında diplomatik qalmaqalın hökm sürdüyü bir vaxtda Dəmirtaşın Moskvaya getməsi Ankarada birmənalı qarşılanmayıb. İddia edilir ki, Rusiya HDP-ya dəstək verməklə Türkiyədə vəziyyəti gərginləşdirmək niyyətindədir.