Sosial şəbəkədə biz:

Azərbaycanda ana və körpəsi doğuş vaxtı ölüb

<strong><span style="color: #000000;">Azərbaycanda ana və körpəsi doğuş vaxtı ölüb</span></strong> Azərbaycanda ana və uşaq ölümü baş verib. APA-nın şimal bürosunun məlumata görə, Xaçmaz rayon sakini, 32 yaşlı Cəbrayılova Leyla Bilal qızı Quba Mərkəzi Rayon Xəstəxanasının (MRX) Regional Perinatal Mərkəzinə gətirilib. Doğuş zamanı vəziyyəti pisləşən L. Cəbrayılova ölüb, onun körpəsini də xilas etmək mümkün olmayıb. Quba MRX-nın baş həkiminin müavini Əliyar Sərvərov APA-ya bildirib ki, ölümü səbəbi hələlik məlum deyil, araşdırma aparılır. Bu, L. Cəbrayılovanın 3-cü hamiləliyi olub. Onun iki azyaşlı övladı var. Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol