Sosial şəbəkədə biz:

Kredit təşkilatının yoxa çıxan işçisi evinin qarşısında tapıldı

<span style="color: #000000;"><strong>Kredit təşkilatının yoxa çıxan işçisi evinin qarşısında tapıldı</strong></span> Bir neçə gündür ki, axtarışda olan Bakının Səbayel rayonu sakini, 1990-cı il təvəllüdlü Pərviz Natiq oğlu Əlibəyli tapılıb. Musavat.com xəbər verir ki, Bakıda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarından birinin itkin düşən əməkdaşı Pərviz Əlibəyli bu gün evinin qarşısına buraxılıb. Məlumata görə, Pərviz Masallı rayonunun Boradigah qəsəbəsindən olub. O, Bakıda evinin qarşısına gətirilib. O, itkin düşərkən onun üzərində 5 min dollar pul olub. Qeyd edək ki, Pərviz dekabrın 17-si səhər saat 07:00 radələrində evdən çıxmış və bir daha geri qayıtmamışdı.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol