Sosial şəbəkədə biz:

Selfi can aldı: 2 gənc faciəvi şəkildə öldü (FOTO)

<span style="color: #000000;"><strong>Selfi can aldı: 2 gənc faciəvi şəkildə öldü (FOTO)</strong></span> Türkiyədə 5 dostun magistral yolda selfi çəkməyə cəhd etməsi onlardan ikisinin fəciəvi şəkildə ölümü ilə nəticələnib. ANS PRESS-in məlumatına görə, 5 dost icarəyə götürdükləri avtomobillə Alanyadan Antalyaya gəzməyə gediblər. Onlar geri qayıdanda yolda avtomobili saxlayaraq alkoqollu içki qəbul etməyə başlayıblar. Bir müddət sonra dostlar magistral yolda uzanaraq selfi çəkmək istəyiblər. Onların bu arzusu faciə ilə nəticələnib. Belə ki, 27 yaşlı sürücünün idarə etdiyi yük avtomobili dostların üstündən keçib. Dostlardan 3 nəfəri son anda qaçmağa müvəffəq olsalar da 2 nəfər yük maşınının altında qalaraq əzilib. Dərhal hadisə yerinə cəlb olunan təcili tibbi yardım xidməti 17 yaşlı Məhəmməd Bozqurdun və 19 yaşlı Çağlar Savaşçının öldüyünü müəyyən ediblər. Bundan əvvəl dəfələrlə dünya mətbuatında, bir çox insanın ekstremal şəraitdə selfi çəkməyə cəhd edərkən ölümlə və ağır xəsarətlərlə nəticələnən qəzalara məruz qalmaları barədə xəbərlər yayılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol