Sosial şəbəkədə biz:

“Günəşli” yatağında xəsarət alan neftçilərdən 4-ü evə buraxılıb

<span style="color: #ff0000;"><strong>“Günəşli” yatağında xəsarət alan neftçilərdən 4-ü evə buraxılıb</strong></span>

SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 4-ü evə buraxılıb.
MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, xəstəxanada olan neftçilərin müalicəsi davam etdirilir. Onun sözlərinə görə, neftçilər - Rəşid Hüseynov, Raman Yusubov, Ədalət Dadaşov və İsmayıl Mehdiyev müalicələri baş çatdığı üçün evə buraxılıblar: “Hazırda xəstəxanada olan 10 neftçinin müalicəsi davam edir”.
Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol