Azərbaycanın valyuta bazarında yeni devalvasiyadan sonra nağd dollar və avronun alış-satış məzənnəsi müvafiq olaraq təxminən 1,55-1,58 AZN/USD və 1,66-1,71 AZN/EUR-ya yüksəlib.
Azinforum.az-ın "Report"-a istinadən məlumatına görə, mövcud qanunvericiliyə əsasən, valyuta mübadilə məntəqələri alış-satış əməliyyatlarını maksimum 2%-lik marja ilə apara bilər. Yəni, valyutanın müştərilərdən alış qiyməti rəsmi məzənnədən maksimum 2% az, satışında isə maksimum 2% çox ola bilər.
Nəticədə, dollar üçün minimal alış və maksimal satış məzənnəsi 1,5190 AZN/USD, satış məzənnəsi isə 1,5810 AZN/USD, avro üçün isə müvafiq olaraq 1,6513 AZN/EUR və 1,7187 AZN/EUR ola bilər.
Aşağıdakı cədvəldən göründüyü kimi, ölkədəki əksər banklar bu gün üçün alış və satış məzənnəsini icazə verilən maksimal həddə yaxınlaşdırıb:
| Banklar |
USD
(alış-satış, AZN) |
EUR
(alış-satış, AZN) |
| Minimal-maksimal məzənnə
(+/- 2% marja ilə) |
1,5190-1,5810 |
1,6513-1,7187 |
| Unibank |
1,5500-1,5790 |
1,6766-1,6934 |
| Accessbank |
1,5250-1,5750 |
1,6600-1,7000 |
| İnternational Bak of Azerbaijan |
1,5419-1,5733 |
1,6682-1,7069 |
| Bank of Baku |
1,5190-1,5810 |
1,6520-1,7180 |
| Demirbank |
1,5200-1,5800 |
1,6520-1,7180 |
| YapıKredi Bank Azerbaijan |
1,5399-1,5601 |
1,6682-1,7019 |
| Bank Respublika |
1,5191-1,5809 |
1,6520-1,7180 |
| Rabitabank |
1,5190-1,5810 |
1,6513-1,7187 |
| Amrahbank |
1,5190-1,5810 |
1,6513-1,7186 |
| Muganbank |
1,5190-1,5810 |
1,6513-1,7187 |
| Kapital Bank |
1,5200-1,5800 |
1,6520-1,7180 |
| Nikoil Bank |
1,5190-1,5810 |
1,6513-1,7187 |