Əhali marketlərə “hücum" etdi: Bakıda piştaxtalar boş qaldı - FOTOLAR
Hazırda Bakının əksər marketlərində əsl ajiotaj hökm sürür. Manatın dollara nisbətən 50 faizədək ucuzlaşması xəbərindən sonra paytaxt sakinləri mağazalara üz tutub. Cebhe.info-nun marketlərdə müşahidə aparan əməkdaşının verdiyi xəbərə görə, bir çox mağazalarda piştaxtalar sözün əsl mənasında hücuma məruz qalıb. Ərzaq mallarının qiymətlərinin bahalaşascağı xəbərini eşidən əhali mağazalardan əsasən ərzaq məhsulları, məişət texnikası və gündəlik tələbat malları alıb. Market xəzinələrinin qarşısında uzun növbələr yaranıb. İnsanlar sanki ərzaq qıtlığı yaranacaqmış kimi piştaxtalara hücum edərək səbətlərini ərzaqla malları ilə doldurublar.