Sosial şəbəkədə biz:

Salyanda məktəblilər olan avtobus aşdı - Ölən və yaralananlar var

06 May 2019, 09:50
Gündəm

Salyan rayonunda məktəblilərin olduğu avtomobil qəza törədib, bir nəfər ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şirvan şəhərindən olan şagirdləri Cəlilabad rayonuna güləş yarışına aparan sürücü idarə etdiyi “Mercedes Vito” markalı avtomobilin idarəetməsini itirərək maşını aşırıb.

Qəza nəticəsində Şirvan sakini, 12 yaşlı Əhmədov İlkin Adil oğlu vəfat edib, digər iki şagird isə yaralanaraq xəstəxanaya yerləşdirilib.