Sosial şəbəkədə biz:

Azərbaycanın Rusiyadakı səfirliyində yanğın olub? - Açıqlama

06 May 2019, 22:48
Gündəm

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yanğın olması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara aydınlıq gətirib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

XİN rəsmisi qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfirliyinin binasında hər hansı yanğın hadisəsi qeydə alınmayıb.