Sosial şəbəkədə biz:

Devalvasiyaya baxmayaraq “Kapital Bank” kreditləri dayandırmadı

23 December 2015, 09:09
Gündəm
Azərbaycanda Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçidi elan etməsinə və manatın 50 faizə qədər ucuzlaşmasına baxmayaraq “Kapital Bank” ASC tərəfindən  bütün növ kreditlərin verililməsi davam etdirilir. Bu barədə bankdan virtualaz.org saytına verilən məlumatda deyilir. “Bankda kreditlər üzrə illik faiz dərəcələrinə və şərtlərə də hec bir dəyişiklik edilməyib. Ölkə üzrə yerləşən bütün filiallarımızda  kreditlərin rəsmiləşdirilməsi  həmişəki qaydada davam edir”-“Kapital Bank” bildirir. Kreditlərin şərtləri barədə  ətraflı məlumat  almaq üçün  196 nömrəli Sorğu Mərkəzinə zəng edə və aşağıdakı keçidə daxil ola bilərsiniz.