Sosial şəbəkədə biz:

AzTV əməkdaşları müharibə veteranlarını belə təbrik etdi - FOTOLAR

09 May 2019, 20:18
Gündəm

Azərbaycan Televizya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) əməkdaşları İkinci Dünya müharibəsi veteranlarını 9 May Qələbə Günü münasibəti ilə təbrik etmək üçün onların yaşadıqları ünvanlara baş çəkiblər.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən musavat.com-a verilən məlumata görə, televiziyanın aparıcıları Bakı şəhərində yaşayan müharibə veteranları ilə yaşadıqları ünvanlarda görüşərək bayram hədiyyələri təqdim ediblər, həmsöhbət olublar.