Sosial şəbəkədə biz:

Bank rəhbərləri hüquq-mühafizə orqanlarına müraciət etdi

<span style="color: #000000;"><strong>Bank rəhbərləri hüquq-mühafizə orqanlarına müraciət etdi</strong></span> Bank sektorundan daxil olan məlumata görə, son günlərdə bəzi şəxslər dələduzluqla məşğul olaraq, sosial şəbəkələrdə, xüsusilə də whatsapp-da ölkənin bir sıra aparıcı bankları haqqında anti-təbliğat çağırışlar yayırlar. "Marja"-nın məlumatına görə, bu məsələnin araşdırılması və bu qanunsuz əməllərin aşkara çıxarılması üçün bir sıra kommersiya banklarının rəhbərliyi tərəfindən hüquq- mühafizə orqanlarına müraciət edilib. Ən qısa müddətdə bu dələduzluqla məşğul olan şəxs və ya şəxslərin şəxsiyyəti müəyyənləşdirilərək, qanunvericilik çərçivəsində tədbirlər görüləcək. Kommersiya banklarının rəhbərləri bu dələduzluq əməllərini mövcud vəziyyətdən sui-istifadə edərək siyasi- iqtisadi stabilliyi pozmağa, bank müştəriləri arasında məqsədli şəkildə təşviş yaratmağa yönəlmiş addımlar hesab edərək, bu qanunsuz əməlləri qəti şəkildə pisləyirlər. Yuxarıda qeyd olunan dələduzluq əməlləri ilə bank sisteminin fəaliyyətinə kölgə salmaq və müştərilərində narahatlıq yaratmaq istəyənlərin əməlləri qanunvericilik çərçivəsində həllini tapacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol