Sosial şəbəkədə biz:

Elçiliyə gedib "Yox" cavabı aldı - Əsəbləşib sevdiyi qızı bıçaqladı

13 May 2019, 14:51
Gündəm

Şəmkirdə bıçaqlanma hadisəsi olub.

Unikal.org-un məlumatına görə, hadisə rayon mərkəzindəki marketlərin birində qeydə alınıb. Belə ki, 25 yaşlı rayon sakini İbrahimli Suheyla Azər qızı sevdiyi oğlan tərəfindən bıçaqlanıb. Yaralı dərhal  xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Hadisəyə səbəb kimi qızın oğlana verilməməsi göstərilir. Cinayəti törədən şəxs artıq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.