Sosial şəbəkədə biz:

Putin milyarderləri Kremlə yığır, Vahid Ələkbərov da orada olacaq

<span style="color: #000000;"><strong>Putin milyarderləri Kremlə yığır, Vahid Ələkbərov da orada olacaq</strong></span> Rusiya prezidenti Vladimir Putin sabah dekabrın 24-də iri biznesin nümayəndələri ilə görüşəcək. Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, görüşdə iri korporasiyaların prezidentləri, özəl sektordan nüfuzlu biznesmenlər iştirak edəcək. Belə görüş hər ilin sonunda keçirilir və ənənəvi xarakter daşıyır. Gözlənilir ki, Putin oliqarxlarla Rusiya iqtisadiyyatının vəziyyətini müzakirə edəcək. Putinin mətbuat katibi Dmitri Peskov informasiyanı təsdiqləyib və görüşdə “Rusiya iqtisadiyyatının iri oyunçuları”nın iştirak edəcəyini deyib. Dəvət olunanlar arasında “Sistema” maliyyə korporasiyasının nəzarət səhm paketinin sahibi, bir müddət əvvəl həbs olunan və daha sonra ev dustaqlığına buraxılan Vladimir Yevtuşenkov, “LUKoil” prezidenti Vahid Ələkbərov, “Rosneft” prezidenti İqor Seçin və digərləri var. Görüşdə biznesə vergi yükünün azaldılması, kapitalın amnistiyası və deoffşorizasiya məsələləri qaldırılacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol