Sosial şəbəkədə biz:

AZAL-da təcili toplantı: qiymətlər müzakirə olunur

<strong><span style="color: #000000;">AZAL-da təcili toplantı:</span> <span style="color: #ff0000;">qiymətlər müzakirə olunur</span></strong> Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq, dekabrın 23-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin növbədənkənar iclası keçirilib. AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov iclasda Azərbaycanın hava limanlarından olan uçuşlara aviabiletlərin qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb. 30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabiletlərin qiymətinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb. Qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol