Sosial şəbəkədə biz:

Banklar manatı rubla dəyişməkdən imtina edir

<strong><span style="color: #000000;">Banklar manatı rubla dəyişməkdən imtina edir</span></strong> Azərbaycan bankları manatı rubla dəyişməyi və rublla pul köçürmələrini dayandırıb. Virtualaz.org saytı xəbər verir ki, banklar “Sputnik” agentliyinin müxbirinin rublla pul köçürmək istəyini rədd ediblər. Bu hal 3 bankda təkrar olunub. Banklardan bildiriblər ki, onlarda rubl yoxdur, əməliyyatı isə ya manat, ya da dollarla apara bilərlər. Bank sektorundakı mənbə agentliyə bildirib ki, rublun manata nisbətən məzənnəsi artdığı üçün banklara rublla nağd ödəniş etməmək tapşırığı verilib. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bugünkü rəsmi məzənnəsinə görə 1 rubl 0,0219 manat təşkil edib. Manatın devalvasiyasından sonra rubl manata nicbətən 0,92 faiz möhkəmlənib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol