Sosial şəbəkədə biz:

Mikayılın verilişlərinə görə Space TV-yə xəbərdarlıq

<strong><span style="color: #000000;">Mikayılın verilişlərinə görə Space TV-yə xəbərdarlıq</span></strong> Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan Moderator.az-a verilən məlumata görə, iclasda Space televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişləri müzakirə edilib. Həmin verilişlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, efir mədəniyyətinə zidd olduğu xüsusi vurğulanıb. Eyni zamanda bu cür verilişlərin tamaşaçıların haqlı narazılığına səbəb olduğu qeyd edilib. Space televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişlərində teleradio fəaliyyətinin əsas prinsiplərinin, proqrama verilmiş tələblərin pozulduğu nəzərə alınaraq “Space” televiziyasına xəbərdarlıq elan edilib. Hər iki proqramın aparıcısı Mikayıl Güləddinoğludur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol