Sosial şəbəkədə biz:

Qırğız prezident Türkiyəni Rusiyadan üzr istəməyə çağırdı

<strong><span style="color: #000000;">Qırğız prezident Türkiyəni Rusiyadan üzr istəməyə çağırdı</span></strong> Qırğızıstan prezidenti Almazbəy Atambayev Türkiyə hakimiyyətinin Su-24 təyyarəsini vurduğu üçün Rusiyadan üzr istəməli olduğunu deyib. Virtualaz.org "RİA-Novosti"-yə istinadən bildirir ki, jurnalistlərin qarşısına çıxan qırğızların dövlət başçısı bu addımın ən düzgün seçim olacağını vurğulayıb: “Fikirləşirəm ki, Türkiyə üzr istəməlidir. Bəzən belə şeylərə səbirlə yanaşmaq lazımdır. Bu həm iqtisadi, həm də siyasi baxımdan iki ölkəyə sərf etmir”. Almazbəy Atambayevun fikrincə, təyyarənin 17 saniyəlik olsa da, Türkiyə səmasına daxil olması onu vurmaq üçün əsas deyildi. Xatırladaq ki, noyabrın 24-də Rusiyanın Su-24 təyyarəsi Suriya-Türkiyə sərhədində vurulub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol