Sosial şəbəkədə biz:

Azərbaycana yeyinti məhsullarının idxalı azalıb

<strong><span style="color: #000000;">Azərbaycana yeyinti məhsullarının idxalı azalıb</span></strong> Azərbaycana yeyinti məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 7% azalaraq cari ilin yanvar-noyabr ayları ərzində 875,8 mln. ABŞ dollarına enib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə süd idxalı 17,21% azalaraq 5,2 mln. dollar, kərə yağı idxalı 10,05% azalaraq 20,7 mln. dollar, şəkər idxalı 35,6% azalaraq 114,3 mln. dollar təşkil edib. Bunun əksinə olaraq, hesabat dövründə ət idxalı 0,11% artaraq 17,1 mln. dollar, meyvə-tərəvəz idxalı 2,3 dəfə yaxud 129,63% artaraq 51,2 mln. dollar, buğda idxalı 4,1% artaraq 276,0 mln. dollar olub. Qeyd edək ki, cari ilin ilk 11 ayı ərzində Azərbaycana 8 196,2 mln. dollar həcmində mal idxal olunub ki, bu da illik müqayisədə 1,03% artım deməkdir. Beləliklə, ölkə üzrə cəmi idxalın 10,68%-i yeyinti məhsullarının payına düşüb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol