Sosial şəbəkədə biz:

Şeyx əsəbləşdi: “Əhli-beyt adından istifadə edib təxribatlar törədirlər”

24 December 2015, 11:41
Gündəm
“Bu gün Suriyada faktiki olaraq qardaş qırğını gedir. Kim nə edirsə, sonda qırılan müsəlmanlar olur”. APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Məhəmməd (s) peyğəmbərin mövludu ilə bağlı keçirilən tədbirdə deyib. O qeyd edib ki, İraqda, Əfqanıstanda və digər ölkələrdə müsəlmanlar kütləvi şəkildə ölürlər: “Bu, məni üzür. Son vaxtlar Əhli-beyt adından da istifadə edib, qırğınlar, təxribatlar törədirlər. Əlbəttə biz Əhli-beyt deyəndə fərq qoymuruq. Bütün müsəlmanlar elə Əhli-beyt aşiqidir. Bizim üçün əsas insan amilidir. Biz tezliklə sülhün bərqərar olmasını istəyirik. Qırğınlara son verilməsi lazımdır. Bu qırğınları lənətləyirik”.