Sosial şəbəkədə biz:

İctimai yerlərdə siqaret çəkilməsi qadağan ediləcək

<strong><span style="color: #000000;">İctimai yerlərdə siqaret çəkilməsi qadağan ediləcək</span></strong> Yaxın iki ildə Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsi qadağan ediləcək. Reportyor.tv xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya” sənədində müddəa yer alıb. Tütün məhsulları ilə məhdudlaşdırmalar 2016-2017-ci illərdə həyata keçiriləcək. Sənədə əsasən, tütünə nəzarət üzrə qanunvericilik təkmilləşdiriləcək. Bununla da ictimai yerlərdə, o cümlədən ictimai nəqliyyatda tütündən istifadə qadağan ediləcək; tütün satışının stimullaşdırılması və sponsorluğu qadağan ediləcək; bütün tütün məmulatında tütünün sağlamlığa zərəri barədə iri və təsiredici şəkilli xəbərdarlıq əks etdiriləcək; 2020-ci ilədək tütün məmulatına qoyulan aksiz vergisi artırılacaq; tütün istehlakı 15%-dək azaldılacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol