Sosial şəbəkədə biz:

Türkiyədə hərbi xidmət müddəti azaldılacaq

19 May 2019, 11:04
Gündəm

Yaxın günlərdə Türkiyə parlamentində yeni hərbi xidmət sistemi ilə bağlı qanun layihəsi müzakirə ediləcək. 

CNNTürk xəbər verir ki, qanun layihəsində həqiqi hərbi xidmət müddətinin 6 aya endirilməsi təklif olunur. 

Altı aydan artıq xidmət etmək istəyən əsgərlərə isə maaş ödəniləcək. 

Qeyd olunur ki, ödənişli hərbi xidmətin məbləğinin müəyyənləşdirilməsi məsələsi ölkə prezidentinin səlahiyyətində olacaq.