"Emin 444" öldürən çempionun yaralı görüntüsü yayıldı - FOTO
Kriminal avtoritet Emin Səfərovun qətlində şübhəli bilinən şəxs -
Dövlət Miqrasiya Xidmətinin sabiq əməkdaşı Zaur Yusifovun görüntüləri
yayılıb.
Moderator.az oxu.az-a istinadən
məlumat verir ki, Z. Yusifov cinayət aləmində "Emin 444” və "Emin
Masallinski” kimi tanınan kriminal avtoritet Emin Səfərova 60 bıçaq
zərbəsi vurmaqda ittiham olunur.
Görüntülərə baxanda məlum olur ki, kikboks üzrə dünya çempionu özüdə cinayət zamanı yaralanıb.

Z.
Yusifova qarşı ifadəni cinayət işi üzrə digər ittiham olunan şəxs,
Naxçıvan sakini, 24 yaşlı Tağıyev Həsən Mərdan oğlu verib. H. Tağıyev
qətldən dərhal sonra həbs olunub.
Qətl mayın
10-a keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov
küçəsində baş verib. E. Səfərov kütləvi dava zamanı öldürülüb. Onun
yaxınlarının bildirdiyinə görə, qətldən 10 gün əvvəl avtoritetlə 6-cı
mikrorayonda yaşayan sələmçi Zaur Yusifov arasında ciddi münaqişə olub.
E. Səfərov xəbərdarlıq edib ki, Z. Yusifov səlahiyyətlərindən
sui-istifadə edərək yerli sakinləri incitməsinə göz yummayacaq.
İlkin
məlumatlara görə, qətl baş verən gecə Emin idmançı dostları ilə maşında
olub. Z. Yusifovun atası Əli Yusifov avtomobilə yaxınlaşaraq Eminlə
söhbət etmək istədiyini bildirib. Heç nədən şübhələnməyən Emin
dostlarını buraxıb. Tək qalanda isə altı nəfər ona hücum edib.
E.
Səfərova 78 bıçaq zərbəsi vurulub. H. Tağıyevin iddia etdiyi kimi 60
bıçaq zərbəsini Z. Yusifov vurub. Digər 18 bıçaq zərbəsini kütləvi
davanın iştirakçıları Z. Yusifovun göstərişi ilə vurublar. Qeyd olunub
ki, qətldə altı nəfər təqsirkardır.
Z. Yusifov mayın 14-də H. Tağıyevin ifadəsi əsasında saxlanılıb.
Saxlanılan
Z. Yusifovun atası Əli Yusifov iddia edir ki, nə o, nə də oğlu davada
iştirak etməyib və Emin öldürməyiblər. Lakin zərərçəkən tərəf iddia edir
ki, Z. Yusifovdan başqa qətldə Əli Yusifovun digər oğlu da iştirak
edib. Z. Yusifovun E. Səfərova hücum etməsini sübut edən şəkillər əldə
olunub. Məhz bu zaman saxlanılan şəxs ayağından kəsilmiş-deşilmiş yarası
alıb.
Hazırda işlə əlaqədar iki nəfər saxlanılıb.
Zərərçəkən
tərəf tələb edir ki, Z. Yusifovun atası Əli Yusifov ittiham olunan şəxs
qismində cəlb olunsun, çünki məhz o, Emin Səfərovu aldadıb və nəticədə
Emin qətlə yetirilib.
Xatırladaq ki, "Emin
Masallinski” kriminal dairələrdə avtoritetə malik olub. Belə ki, onun
"qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qruplaşmasının üzvü olduğu
deyilir. Bundan başqa, Quli və Emin yaxın dost olub və səkkiz saylı
cəzaçəkmə müəssisəsində birgə cəza çəkib.