Sosial şəbəkədə biz:

“Çağırın Rahid Əmirquliyevi 9 ay maaş almadığını sübut etsin”

24 December 2015, 17:01
Gündəm
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Klublar Komitəsinin iclasından sonra jurnalistlərə müsahibəsində Rahid Əmirquliyevin “9 ay idi ki, klubda maaş almırdıq” deməsinə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, cənub təmsilçisinin rəsmisi “ağ-yaşıllar”ın keçmiş kapitanını yalançı çıxarıb. O bildirib ki, Rahid hər ay klubdan maaşını alıb: “Rahid belə söz deyə bilməz. O, ağıllı-başlı futbolçudur. Biz qarşılıqlı şəkildə müqaviləyə xitam vermişik. Ona borcumuz yoxdur. Bunu sübut etməyə hazıram. Çağırın Rahidi mətbuat konfransına 9 ay maaş almadığını sübut etsin”. Qeyd edək ki, Rahid Əmirquliyev məhz “Qafqazinfo”ya müsahibəsində 9 ay maaş almadığını bildirmişdi. Həmin müsahibə ilə aşağıdakı linkdə tanış ola bilərsiniz. http://www.qafqazinfo.az/idman-9/dediler-ki-budce-cox-asagidi-qarabag-in-yeni-transferi-132851