Sosial şəbəkədə biz:

Neftçalada dəhşətli qəza - 4 ölü, 2 yaralı

23 May 2019, 09:52
Gündəm

Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib.

" Azinforum.az " “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində - Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı mikroavtobus qarşıda gedən "Kamaz”markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib. Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.