Sumqayıtda sərnişin avtobusu qəza törətdi - VİDEO
Bu gün axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Müşfiq qəsəbəsindən Sumqayıt şəhərinə hərəkət edən 50-AE-457 dövlət nömrə nişanlı sərnişin avtobusu “Nissan” markalı 90-VB-910 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub. Hadisə Sumqayıtın “Sülh” küçəsində qeydə alınıb.
Hazırda polislər qəzanın hansı sürücünün səhvinə görə baş verməsini araşdırır. Qəza nəticəsində xəsarət alan olmayıb.(oxu.az)