Sosial şəbəkədə biz:

Spirtli içkilərə qoyulan vergilər artırılır

<strong><span style="color: #000000;">Spirtli içkilərə qoyulan vergilər artırılır</span></strong> Azərbaycanda spirtli içkilərə qoyulan vergilər artırılacaq. APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 23 dekabr tarixli sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"da əksini tapıb. Strategiyaya əsasən 2016-2017-xi illər ərzində Spirtli içkilərdən sui istifadənin azaldılması üçün pərakəndə satılan spirtli içkilərin uşaqlar üçün əlçatanlığının məhdudlaşdırılması, spirtli içkilərin reklamına qoyulan məhdudiyyət və qadağaların işləməsinin təmin edilməsi, spirtli içkilərin təsiri altında nəqliyyat vasitələrinin idarə olunmasına qoyulan qadağaların işləməsinin təmin edilməsi, spirtli içkilərə qoyulan vergilərin artırılması, spirtli içkilərlə bağlı qiymət-satış siyasətinin yeniləşdirilməsi nəzərə alınmaqla qanunvericilik təkmilləşdiriləcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol