Sosial şəbəkədə biz:

Nazirlikdən çörəyin qiyməti ilə bağlı - Açıqlama

<strong><span style="color: #000000;">Nazirlikdən çörəyin qiyməti ilə bağlı - <span style="color: #ff0000;">Açıqlama</span></span></strong>

Azərbaycanda manatın məzənnə dəyişikliyinin çörəyin qiymətinə təsiri araşdırılır.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, manatın "üzən məzənnə" rejiminə keçirilməsi ilə əlaqədar idxal olunan ərzaq buğdasının qiymətinin artması nəticəsində unun və çörəyin qiymətindəki dəyişiklik nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən diqqətlə araşdırır və süni qiymət artımı hallarına yol verilməməsi üçün nəzarət tədbirləri davam etdirilir. Bir daha diqqətə çatdırılır ki, manatın "üzən məzənnə" rejiminə keçirilməsi ilə bağlı istehlak bazarında yaranmış vəziyyətdən sui-istifadə edən sahibkarlar və ticarət obyektləri barəsində qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol