Sosial şəbəkədə biz:

Azərbaycanlı qadın polis idmanda zirvələri fəth edir - VİDEO

28 May 2019, 11:53
Gündəm

Daxili İşlər Nazirliyi “Polis idmançıları yaxından tanıyaq” adlı rubrikaya start verib.

Rubrikanın ilk qonağı polis baş leytenantı Ədilə Qurbanova olub. 

Ə.Qurbanova Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlar üçün Müvəqqəti Təcridetmə mərkəzinin əməkdaşıdır. 

O, iki dəfə karate dünya kubokunu başı üzərinə qaldırıb. Səkkizqat respublika çempionu, pauerliftinq üzrə Avropa və üçqat respublika çempionudur.

Daha ətraflı videosüjetdə: