Sosial şəbəkədə biz:

Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi

<strong><span style="color: #000000;">Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi</span></strong> Azərbaycanda daha bir vəzifəli şəxs korrupsiya faktına görə tutulub. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları ötən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Füzuli rayon şöbəsində əməliyyat keçirib. Əməliyyat zamanı şöbənin rəis müavini Yasər İbrahimov saxlanılıb. SHXÇDX-nın Füzuli rayon şöbəsindən Y. İbrahimovun tutulması faktını təsdiqləyiblər. Hazırda əməliyyat tədbirləri davam etdirilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol