Deputatdan “Binə” və “Sədərək”in rəhbərliyinə sərt ittiham: "Feodal qaydaları yaradıblar"
""Binə” və "Sədərək” ticarət mərkəzlərində 7-8 min mağaza var. Bu, təxminən 30 minə yaxın vətəndaşı, işçini əhatə edir".
Azinforum.az xəbər verir ki, bunu Milli Məclisin mayın 30-da keçirilən iclasında Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, bütün mağazaların mülkiyyəti mağazanın sahiblərinə deyil, məhz ticarət müəssisəsinin sahibinə malikdir: "Bu ona bənzəyir ki, bina tikilib verilir sakinə, sonra bina sahibi deyir ki, bu binada icarəçi kimi yaşamalısan. Bu mağazaların mülkiyyət hüququ qadına məxsusdur. Həmin mağazalar 80 min manatdan 200-250 min manata kimi vətəndaşlara satılıb. Lakin bu əməliyyat qeyri-rəsmi aparıldığı üçün bu məbləğdə pul ödəyən sahibkarlar mülkiyyət sahibi ola bilməyiblər. Yalnız icarə hüquqi əsasında orada fəaliyyət göstərməyə malikdirlər. Bu, feodal qaydaları ilə vətəndaşın mülkiyyət hüququnun pozulmasının bir nümunəsidir”.