Cavid Hüseynov “Qəbələ”dən getdi
"Zirə" yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Paytaxt təmsilçisi "Qəbələ"dən ayrılan Cavid Hüseynovla anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Bu, "Zirə"nin mövsümlərarası fasilədə ikinci rəsmi transferidir. Klub daha öncə "Sumqayıt"dan Elvin Məmmədovu heyətinə qatıb.
Qeyd edək ki, Hüseynov indiyə qədər “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Adana Demirspor” (Türkiyə), “Bakı” və “Qəbələ”də forma geyinib. Cavid həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 52 oyunda 2 dəfə fərqlənib.