Sosial şəbəkədə biz:

Təcridxanada intihar edən şəxs İlqar Əliyevin kamera yoldaşı olmayıb - RƏSMİ

<span style="color: #ff0000;"><strong>Təcridxanada intihar edən şəxs İlqar Əliyevin kamera yoldaşı olmayıb - RƏSMİ</strong></span>

Ədliyyə Nazirliyi Penitensiar xidmət bir neçə gün əvvəl Bakı istintaq təcridxanasında (BİT) intihar edən təqsirləndirilən şəxslə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Bakı istintaq təcridxanasında intihar etmiş, 177.3.3-cü maddəsi ilə (oğurluq) təqsirləndirilən və əvvəllər dəfələrlə məhkum edilmiş şəxs - Manaf Paşayevin ondan bir neçə gün öncə intihar etmiş digər təqsirləndirilən şəxs -hüquq-mühafizə orqanının işçisi İlqar Əliyevin kamera yoldaşı olması barədə həqiqətə uyğun olmayan və tam yalan məlumatlar yayılıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, cəza-icra qanunvericiliyinə əsasən əvvəllər hüquq-mühafizə orqanlarında xidmət etmiş şəxslər digər həbs edilmiş şəxslərdən ayrı saxlanılırlar. Məhz bu səbəbdən göstərilən şəxslər nəinki eyni kamerada saxlanılmayıb, hətta ayrı-ayrı rejim korpuslarında yerləşdirilib.
Heç bir həqiqəti əks etdirməyən bu kimi yanlış məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədini daşıyır və mətbu orqanına nüfuz gətirmir.
Qeyd edək ki, ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev MTN ətrafında baş verən hadisələrlə əlaqədar həbs olunmuş, dekabrın 20-də intihar etmişdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol