Sosial şəbəkədə biz:

“İtirmək duyğusu sevgini qoruyur” – Yenidən ərə getmək istəyir

02 June 2019, 17:23
Gündəm

“Yaprak dökümü” serialından sonra ulduzu parlayan, bir müddət öncə müğənniliyə başlayan Gökcə Bahadır “Hello” jurnalına müsahibə verib.

Məşhur xanım şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib. Aktrisa yenidən ailə qurmaq arzusunu dilə gətirib:  ''Sevgi insanlara motivasiya verir. Əgər varlığı sənə təsir etmirsə, bu sevgi deyil. Mən ürəyimi asanlıqla aça bilmirəm. Mənim sevgilim özünəməxsus olmalıdır, ayaqlarının üzərində durmağı bacarmalıdır. Hər qadın kimi diqqət görməyi sevirəm. Amma hər şey dozada olmalıdır. Hörmətsizliyə dözə bilmərəm. Özünə güvənməyən insanla yaşamağı bacarmaram. Birtərəfli sevgi çox cəlbedicidir. İtirmək duyğusu sevgini qoruyur, münasibəti canlı saxlayır. Ailə qurmağa, ana olmağa qarşı deyiləm. Uşaqları sevirəm. Bəzən beynimlə ürəyim arasında böyük bir müharibə baş verir, amma qalib ürəyim olur”. 

Qeyd edək ki, G. Bahadır məşhur aktyor Kemal Sunalın oğlu Ali Sunalla evli olub. Onlar daha sonra boşanıb. Hazırda Ali azərbaycanlı vəkillə evlidir.
Musavat.com