Sosial şəbəkədə biz:

Azərbaycanda ilginc hadisə: Mağazadan “nisyə dəftəri“ni oğurladılar

25 December 2015, 18:04
Gündəm
Samux rayonunda ilginc oğurluq hadisəsi baş verib. Belə ki, rayonun Alıuşağı kəndində Mahir Hüseynov 3 ay bundan əvvəl icarəyə götürdüyü mağazaya gələndə qapının qırıldığını, içəridə olan malların dağıldığının şahidi olub. "Çağırılmamış qonaqlar" ticarət obyektindən bir neçə adda kolbasa və mağaza sahibinin sənədlərini aparıblar.
​Satıcı Sahilə Hüseynova bildirib ki, mağaza oğurluq məqsədilə deyil, qisas məqsədilə yarılıb. Onun sözlərinə görə, hadisəni törədənlər "nisyə dəftəri"ni aparmaqla onları müflis etmək məqsədi güdüb.
Məlumata görə, mağaza sahibinə təxminən 6 min manatlıq ziyan dəyib. Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır ("Region" TV).