Sosial şəbəkədə biz:

TƏCİLİ: MTN-in Antiterror Mərkəzinin sabiq rəisi həbs edildi

25 December 2015, 21:05
Gündəm
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general mayor Elçin Quliyev həbs edilib. Bu barədəTrend-ə etibarlı mənbə bildirib. Qeyd edək ki, bundan öncə, E.Quliyev MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi. Əldə olunan məlumata görə, hazırda E.Quliyevə məxsus bütün mənzillərdə axtarış əməliyyatları aparılır. Qeyd edək ki, bir müddət öncə Bakı İstintaq Təcridxanasında intihar etmiş sabiq MTN-çi İlqar Əliyev E.Quliyevin müavini olub.