Sosial şəbəkədə biz:

Vahid Ələkbərov Pribaltikadakı yanacaqdoldurma məntəqələrini satır

25 December 2015, 21:11
Gündəm
Rusiyanın "LUKoil" şirkəti Litva və Latviyadakı yanacaqdoldurma məntəqələrini satmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov "Rossiya 24" kanalına müsahibəsində bildirib. O qeyd edib ki, bu qərar həmin ölkələrdəki Rusiya əleyhinə mövqe ilə bağlıdır. Qeyd edək ki, şirkət Estoniyadakı aktivlərini artıq satıb. V.Ələkbərov Rusiya-Türkiyə arasında yaranan siyasi gərginliyin isə "LUKoil"in bu ölkədəki fəaliyyətinə neqativ təsiri olmadığını və Türkiyədəki aktivlərini satmaq niyyətində olmadığını bildirib.