Sosial şəbəkədə biz:

Türkiyə Silahlı Qüvvələri Naxçıvana gəldi - VİDEO

03 June 2019, 20:49
Gündəm

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikaları Naxçıvana gəlib.

Əlahiddə Ümumqoşun Ordudan verilən məlumata görə, məqsəd iyunun 7-dən 11-dək keçiriləcək “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə qatılmaqdır.

Bu münasibətlə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən, hərbi-texniki əməkdaşlıqdan və artıq ənənə halını almış döyüş atışlı birgə təlimlərin əhəmiyyətindən danışıblar.

Sonda təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.