Sosial şəbəkədə biz:

Rüstəm İbrahimbəyov yenidən Bakıda iclas keçirir

04 June 2019, 21:12
Gündəm

Məşhur kinorejissor Rüstəm İbrahimbəyov Bakıdadır. Virtualaz.org xəbər verir ki, bu gün, iyunun 4-də R.İbrahimbəyov onun iştirakı etdiyi daxili siyasi proseslərlə əlaqədar Azərbaycanda olmadığı uzun müddətdən sonra alternativ Azərbaycan Kinematoqrafçılar İttifaqının iclasını keçirib.

Virtualaz.org-la söhbətində Mədəniyyət Nazirliyinin kinematoqraf departamentinin rəhbəri Cahangir Məmmədov məşhur kinorejissorun Moskvadan qatyıtması barədə məlumatı təsdiqləyib.

“Rüstəm İbrahimbəyov Bakıdadır və özünün alternativ Kinematoqrafçılar İttifaqının iclasını keçirir. Onunla bağlı başqa məlumatım yoxdur”, - nazirliyin nümayəndəsi deyib.