Sosial şəbəkədə biz:

Tovuzda yüksəkgərginlikli xətt evlərə gedən naqillərin üstünə düşdü

<strong><span style="color: #000000;">Tovuzda yüksəkgərginlikli xətt evlərə gedən naqillərin üstünə düşdü</span></strong> Tovuzda yüksəkgərginlikli xətt qırılaraq evlərə gedən naqillərin üzərinə düşüb Kəpəz TV (Region TV) xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində baş verən hadisə zamanı 100-ə yaxın sakinin elektirik avadanlıqları, sayğacları yanaraq yararsız hala düşüb. Səhər saatlarında baş verən hadisə zamanı naqillərdə yanğın baş verib ki, nəticədə naqillər dirəklərdən ayırılaraq yerə tökülüb. Qəfildən baş verən hadisə zamanı elektirikə qoşulu olan televizor, soyuducu və digər məişət əşyaları yüksək gərginliyə tap gətirməyərək sıradan çıxıb. Sakinlər bildirir ki, naqillərdə yaranan qısqaqapanma məktəb küçəsinə yaxın yerləşdiyindən onlarda ciddi narahatlıq yaradıb. Aşağı Quşçu kəndində baş verən hadisə yerinə “Azərişıq” ASC-nin əməkdaşları gələrək yaranan problemi aradan qaldırmağa çalışıblar. Tovuz EŞ baş mühəndisi Musa Nağıyev hadisəyə subartezian quyusunun transformatorunda baş verən qəzanın səbəb olduğunu bildirib. İdarə rəsmisi axşam saatlarına qədər kəndə elektirik verilişinin bərpa ediləcəyini də bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol