Sosial şəbəkədə biz:

Azərbaycanda bayram namazı qılındı

05 June 2019, 09:33
Gündəm

Bu gün Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb.

Azinforum.az -ın məlumatına görə, saat 08.00-da “Əjdərbəy” məscidində, saat 09.00-da isə “Təzəpir” məscidində bayram namazının qılınmasına başlanıb. 

“Təzəpir” məscidində bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib. 

Qeyd edək ki, Azərbaycanda Ramazan bayramı münasibətilə iyunun 5-i və 6-sı qeyri-iş günüdür.