Sosial şəbəkədə biz:

Depardyenin gənc qadını zorlamadığı üzə çıxdı

05 June 2019, 16:43
Gündəm

Qadını zorlamaqda ittiham edilən məşhur aktyor Jerar Depardye ilə əlaqədar cinayət işinə xitam verilib.

Oxu.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb aktyorun hərəkətlərində cinayət əlamətlərinin tapılmamasıdır.

Paris prokurorluğunun bəyanatında bildirilir ki, aktyora qarşı irəli sürülən ittihamları sübut etmək mümkün olmayıb.

Qeyd edək ki, Depardye ilə işləyən 22 yaşlı qadın 2018-ci il avqustun 27-də aktyor tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib. Qadın bildirib ki, Depardye Parisdəki evində qeyri-rəsmi teatr məşqləri zamanı ona təcavüz edib. Aktyor isə bu ittihamları rədd edib.