Sosial şəbəkədə biz:

Mərkəzi Bank bankları birləşməyə çağırdı

26 December 2015, 11:14
Gündəm
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin kommersiya banklarına birləşməyi tövsiyə edib. Fins.az-ın məlumatına görə, bu məsələ AMB-nin baş direktoru Rəşad Orucovun dünən bank rəhbərləri ilə keçirdiyi görüşdə müzakirə olunub. Görüşün iştirakçısı olan kommersiya banklarının birindən bildirilib ki, konsolidasiya qaldırılan əsas məsələlərdən biri olub: "Əslində konsolidasiya mövzusu AMB-nin ölkə bankları ilə bütün görüşlərdə səsləndirilir. Bu dəfə isə AMB yaranmış yeni vəziyyətdə bir daha bankları konsolidasiya proseslərinə diqqət yetirməyə səsləyib".