Sosial şəbəkədə biz:

Uşağının üstündə yatıb ölümünə səbəb olan anaya həbs cəzası verildi

08 June 2019, 21:52
Gündəm

Gallerdə 4 aylıq körpəsini gecə klubuna aparan, sərxoş halda onun üzərində yuxuya gedən və uşağının ölümünə səbəb olan qadına məhkəmə cəza verib.

Türkiyə mediası xəbər verir ki, hadisə Gallerin Nyu Quay sahil qəsəbəsində, 31 mart 2017-ci ildə meydana gəlib. 26 yaşlı Marina Tilby bacıları və 4 aylıq körpəsi ilə gecə klubunda sərxoş olduqdan sonra evinin yataq otağında körpəsinin üstündə yuxuya gedib. 
Hadisəni görən bacılardan biri yataq otağına girərək, Tilbinin altında qalan 4 aylıq körpəni xilas etməyə çalışıb. Amma onun ağzından qan gəldiyini fərq etdiyi üçün dərhal xəstəxanaya aparıb. Körpə aparıldığı xəstəxanada dünyasını dəyişib.

Məkhəməyə çıxarılan və günahkar olduğunu etiraf edən Tilbinin vəkili Difed Tomas isə müvəkkili barədə aşağıdakıları deyib: “Çox sərxoşdu. Uşağını itirməsinin verdiyi kədər hissi də içini dolduracaq”. Uşağın atası ilə də görüşməyən Tilbinin yaşanan olaya görə açıq şəkildə acı çəkdiyi bildirilib.

İfadələri və müdafiəni dinləyən hakim isə qərarını verərkən aşağıdakıları deyib: “Qəsdən edilmiş bir səhlənkarlıqdan söhbət gedir. 4 aylıq körpənin təhükəsizliyi ananın vəzifəsi və məsuliyyəti daxilindədir. Ana isə bunu tamamən gözardı edib. O gecə çox içib və o qədər sərxoş olub ki, körpənin üstündə yatıb. Hətta körpənin ağzından qan gəldiyini belə görməyib”.

İngilis mediası yazıb ki, Marina Tilbi bu səhlənkarlığına görə 2 il 4 ay müddətinə həbs cəzasına məhkum olunub.Musavat.com