Sosial şəbəkədə biz:

Baş nazir ömürlük müavinət qaydalarına dəyişiklik etdi

09 June 2019, 10:23
Gündəm

Baş Nazir Novruz Məmmədov “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nda dəyişikliklər edib.

Qaydaların 3-cü hissəsinin birinci cümləsinə, 4-cü hissəsinin birinci abzasına və 8-ci hissəsinə ismin müvafiq hallarında “şəhər, rayon şöbəsi” sözlərindən sonra ismin müvafiq hallarında “və ya “DOST” mərkəzi” sözləri əlavə edilib.