Sosial şəbəkədə biz:

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

<strong><span style="color: #ff0000;">Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş</span></strong> Dekabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Qars vilayətinin valisi Günay Özdəmir, Ərdahan vilayətinin valisi Əhmət Dəniz və İqdır vilayətinin valisi Davut Haner ilə görüşüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Azinforum.az-a verilən məlumata görə, qonaqları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edən Ali Məclisin Sədri onları Naxçıvanda görməkdən məmnunluğunu bildirib. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın vilayətləri arasında elm, təhsil, mədəniyyət və iqtisadi sahədə əlaqələrin yaxşı nəticələri olduğunu qeyd edib. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Ali Məclisin Sədrinə təbriklərini çatdıran İqdır vilayətinin valisi Davut Haner Naxçıvanın inkişafının onlarda xoş təəssürat yaratdığını diqqətə çatdırıb, əlaqələrin müxtəlif sahələr üzrə davam etdiriləcəyini bildirib. Söhbət zamanı gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihat Ərşən görüşdə iştirak edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol