Sosial şəbəkədə biz:

Mustafa Dənizli rəsmən “Traktor Sazi”də

13 June 2019, 21:03
Gündəm

Təbrizin "Traktor Sazi" futbol klubunun yeni baş məşqçisi məlum olub.

Klub Türkiyənin tanınmış məşqçisi Mustafa Dənizli ilə razılığa gəlib. Onunla 5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, 70 yaşlı futbol mütəxəssisi daha əvvəl də İranda çalışıb. O, 2004-2006-cı illərdə PAS, 2006-2007 və 2011-2012-ci illərdə “Perspolis”də məşqçi kimi fəaliyyət göstərib. Azvision.az