Sosial şəbəkədə biz:

"Növbəti qurultayda Anar müəllimin özünü də çıxaracaqlar" - Salam Sarvan

18 June 2019, 12:54
Gündəm

Tanınmış şair Salam Sarvan gənc yazar Elşad Baratın Azərbaycan Yazıçılar Birliyindən azad edilməsinə münasibət bildirib.
Kulis.az ın verdiyi xəbərə görə, şair fikrini belə ifadə edib:
"Elşad Baratı AYB-dən çıxarılması münasibətilə təbrik edirəm. Əşi, yaxşı bir yer olsaydı, mən üç il qabaq çıxmazdım o təşkilatdan. Onsuz da, növbəti qurultayda Anar müəllimin özünü də oralardan çıxaracaqlar. 
Çingiz Abdullayevlə Rəşad Məcidi isə AYB-nin ədalətli üzvləri imza toplayıb Birlikdən qovdurmalıdırlar.”