İbrahim Borçalı Mənzurədən mahnısının pulunu ala bilmir
"Mənzurəyə o zaman bir mahnı verdim pulumu vermədi". BiG.AZ xəbər verir ki, bunu müğənni İbrahim Borçalı "Zaurla Günaydın" proqramında bildirib: "20 il bundan əvvəl Mənzurəyə oxusun deyə mahnımı verdim. Pul da vermədi. Onda hələ tanınmayan vaxtlarım idi. Zarafat edirəm, hədiyyə vermişdim". Mənzurə isə İbrahimin zarafatına cavab verərək bildirib ki, İbrahim o vaxtlar həm mahnı yazırdı, hm də oxuyurdu: "Fikir verirsiz də, indi belə oldu. O vaxtı tanınmaq üçün mahnını mənə hədiyyə vermişdi. Mən də dəstək olub mahnısın oxumuşam"