Sosial şəbəkədə biz:

Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edildi (FOTO)

<span style="color: #000000;"><strong>Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edildi (FOTO)</strong></span>

Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun məhkəmə prosesi başa çatıb. 
Musavat.com xəbər verir ki, Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, dövlət ittihamçısı R. Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Vəkil Fuad Ağayev qərarı çox gülünc hesab etdiyini bildirib. O, yaxın günlərdə geniş müsahibə ilə çıxış edəcəyini bildirib. Vəkil tezliklə apellyasiya şikayəti verəcəyini də qeyd edib.
Fuad Ağayev əllərindəki sübutların tutarlı olduğunu, Rauf Mirqədirovun siyasi sifarişlə həbs olunduğunu bəyan edib.
Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunurdu.
Musavat.com


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol